RANGE ROVER SPORT
TWENTY EDITION

İdman dəbdəbəsinin 20 illik irsi, məhdud saylı eksklüziv buraxılışda öz əksini tapır.

ZAMANIN SINAQLARINA DÖZƏN SİLUET

İYİRMİ İLDƏ TƏKMİLLƏŞƏN

İMZALI NÜSXƏ

ƏMƏLLƏRİMİZ SÖZLƏRİMİZDƏN DAHA GÜCLÜDÜR

İyirmi il ərzində Range Rover Sport öz gücünü göstərmək üçün heç vaxt ucadan danışmağa ehtiyac duymadı — o, sadəcə bunu etdi. Heyrətamiz sınaqlarımızdan bəziləri ilə tanış olun.

SU AXINI

SU AXINI

Hər dəqiqə Karahnjukar bəndinin suaxıdıcısından 750 ton su tökülür. Lakin bu, 2022-ci ildə Range Rover Sport-un həmin suaxıdıcı ilə yuxarı qalxmasına mane olmadı.
DAĞ

DAĞ

2018-ci ildə Range Rover Sport əfsanəvi Tianmen Dağ Yolunu qət edərək “Cənnət Qapısı”na çatan ilk SUV oldu.
SƏHRA

SƏHRA

2013-cü ilin qızmar günlərində Range Rover Sport “Boş Məkan” (Empty Quarter) kimi tanınan, dünyanın ikinci ən böyük səhrasını keçdi.